9 yanvar 2026. Cümə

“Mançester Siti”nin yeni hədəfi


  • Transfer
  • 20:18 08.01.2026
  • Oxunma sayı: 87
“Mançester Siti”nin yeni hədəfi

İngiltərənin “Mançester Siti” klubu “Brentford”un sağ cinah müdafiəçisi Mikael Kayode ilə maraqlanır.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, “şəhərlilər” 21 yaşlı futbolçunun müdafiədə soyuqqanlı oyunu və hücuma qoşulmaq bacarığını yüksək qiymətləndirirlər.

Mənbə bildirir ki, italiyalı futbolçu ilə təkcə “Mançester Siti” deyil, həmçinin “Bavariya”, “Yuventus” və “İnter” klubları da yaxından maraqlanır. Qış transfer pəncərəsində rəsmi təklif olacağı təqdirdə “Brentford” Kayodenin keçidi üçün 35–40 milyon avro tələb edəcək.

Vurğulanır ki, yay transfer dönəmində futbolçunun qiyməti daha da arta bilər.

Cari mövsümdə Mikael Kayode bütün turnirlərdə 25 oyunda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Müdafiəçinin klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.







Transfer