9 yanvar 2026. Cümə

“Latsio” serbiyalı hücumçu ilə gücləndi


  • Transfer
  • 20:25 08.01.2026
  • Oxunma sayı: 88
“Latsio” serbiyalı hücumçu ilə gücləndi

İtaliyanın “Latsio” klubu yeni transferini rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roma təmsilçisi Serbiya millisinin üzvü Petar Ratkovu heyətinə cəlb edib.

 22 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb. “Latsio” bu transfer üçün Avstriyanın “Red Bull Zaltsburq” klubuna 13 milyon avro ödəyib.

Belqradda dünyaya gələn Ratkov Serbiyanın “Baçka-Topola” klubunun yetirməsidir. O, 2023-cü ildən etibarən Avstriyada çıxış edirdi. Cari mövsümdə hücumçu Avstriya çempionatı və ölkə kuboku çərçivəsində keçirdiyi 20 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Latsio” A Seriyasında geridə qalan 19 turdan sonra 25 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Paytaxt klubu ilk “altılıq”dan 8 xal geri qalır.







Transfer