11 yanvar 2026. Bazar günü

Premyer Liqa nəhəngləri onun üçün savaşda


  • Transfer
  • 22:44 09.01.2026
  • Oxunma sayı: 57
Premyer Liqa nəhəngləri onun üçün savaşda

 PSJ-nin cinah hücumçusu Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər..

 90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, İngiltərə Premyer Liqasının aparıcı klubları olan “Arsenal”, “Çelsi” və “Liverpul” futbolçunun transferi ilə bağlı danışıqlar aparıblar.

Mənbənin bildirdiyinə görə, 23 yaşlı vinger qarşıdakı yay transfer dönəmində Fransa nəhəngindən ayrılmağa namizədlərdən biri ola bilər. Lakin PSJ futbolçu ilə bağlı qış transfer pəncərəsində daxil olan təklifləri nəzərdən keçirməyi planlaşdırmır. Bununla yanaşı, mövsümün sonunda Barkola ilə yeni müqavilə üzrə danışıqların aparılması da gündəmdədir.

Qeyd edək ki, Bredli Barkola 2023-cü ilin yayından PSJ-nin formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 23 oyunda iştirak edib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun Paris klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Barkolanın bazar dəyəri 70 milyon avro təşkil edir.







Transfer