- Transfer
- 23:12 10.01.2026
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Jirona”ya transfer olunmağa razılaşıb.
90deqiqe.Az-ın "Football Espana"ya istinadən məlumatına görə, Kataloniya klubu cari mövsüm üçün almaniyalı futbolçunun maaşının təxminən dörddə birini ödəməyi üzərinə götürəcəyi təqdirdə, ter Şteygeni icarə əsasında “Jirona”ya göndərməyə hazırdır. Lakin keçidin qarşısındakı əsas maneələrdən biri qapıçının “Barselona”da qalmaq istəyi olub. Ter Ştegen uşaqlarına daha yaxın olmaq üçün Kataloniya təmsilçisini tərk etmək niyyətində deyildi.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 423 oyunda iştirak edib və 176 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, ter Ştegenin bazar dəyəri 7 milyon avro təşkil edir.