- Transfer
- 23:12 10.01.2026
“Liverpul” klubu 18 yaşlı müdafiəçi Mor Talla Ndiaye ilə müqavilə bağlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Transferin qüvvəyə minməsi üçün seneqallı futbolçunun İngiltərədə işləmək icazəsinin təsdiqlənməsi gözlənilir. Bildirilir ki, Ndiaye ilkin mərhələdə “Liverpul”un gənclər komandasında çıxış edəcək.
Məlumata görə, “Liverpul” Ndiayenin transferi uğrunda mübarizədə digər klubları futbolçuya təqdim olunan inkişaf planı və “Ameti”yə təklif edilən, əlavə xidmətləri də əhatə edən maliyyə paketi hesabına geridə qoyub.
Mor Talla Ndiaye daha əvvəl vətənində “Ameti” klubunun formasını geyinib. O, Seneqalın U-17 milli komandası ilə keçirilən dünya çempionatında çıxışı ilə skautların diqqətini cəlb edib. Gənc futbolçu turnirdə 4 oyunda iştirak edib və komandası ilə birlikdə pley-off mərhələsinə yüksəlib.