- Transfer
- 23:12 10.01.2026
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu ilə “Aston Villa” yaxından maraqlanır.
“Villanlar”ın baş məşqçisi Unai Emeri uzun müddətdir Qallaherin oyun tərzini yüksək qiymətləndirir. Birmingem təmsilçisinin yarımmüdafiəçini satınalma öhdəliyi ilə icarəyə götürmək variantını nəzərdən keçirdiyi bildirilir.
Madrid “Atletiko”su Konor Qallaheri heyətində saxlamaq niyyətindədir.
Daha əvvəl mətbuatda futbolçunun Premyer Liqa klubları, o cümlədən “Mançester Yunayted” və “Tottenhem”lə əlaqələndirildiyi barədə xəbərlər yayılmışdı.
Transfermarkt portalının məlumatına əsasən, Konor Qallaherin bazar dəyəri 35 milyon avro təşkil edir.