11 yanvar 2026. Bazar günü

“Barselona” Reşfordu birdəfəlik transfer etmək niyyətindədir


  • Transfer
  • 23:42 09.01.2026
  • Oxunma sayı: 86
“Barselona” Reşfordu birdəfəlik transfer etmək niyyətindədir

“Barselona” klubu cari mövsümün sonunda hücumçu Markus Reşfordun “Mançester Yunayted”ə məxsus müqavilə hüquqlarını tam şəkildə almağı planlaşdırır.

 90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə,  bu, icarə razılaşmasında yer alan və daimi transferi mümkün edən bəndə əsasən həyata keçirilə bilər.

Mənbənin qeyd etdiyinə görə, futbolçunun çıxışında sabitlik tam təmin olunmasa da, klubun idman rəhbərliyi Reşfordu özünü doğrultmuş istedad və “Barselona”nın ən keyfiyyətli oyunçularından biri kimi qiymətləndirir. Onun həm cinahlarda, həm də mərkəz hücumçu mövqeyində oynaya bilməsi, eləcə də standart vəziyyətlərdə məhsuldar ötürmələr vermə bacarığı rəhbərlik tərəfindən yüksək dəyərləndirilir.

“Barselona” rəhbərliyi gələn yay transfer pəncərəsində mərkəz hücumçu mövqeyinin gücləndirilməsini əsas prioritetlərdən biri hesab edir.

Qeyd edək ki, Markus Reşford 2025-ci ilin iyul ayından etibarən “Barselona”da icarə əsasında çıxış edir. İngiltərəli futbolçu indiyədək bütün turnirlərdə keçirdiyi 25 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer