- Transfer
- 23:12 10.01.2026
Türkiyənin “Qalatasaray” klubu PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi transfer etmək üçün cəhdlərini davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisinin futbolçunun agenti ilə aparılan danışıqları uğurlu alınıb.
“Qalatasaray” bonuslar daxil olmaqla 30 milyon avroya qədər təklif irəli sürməyə hazırdır. Lakin Paris təmsilçisi futbolçunun icarəyə verilməsi ilə bağlı təklifi rədd edib. Fabian Ruisin özü isə Liqa 1-də qalmaq istədiyini bildirib.
Qeyd edək ki, ispan yarımmüdafiəçinin PSJ ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. Cari mövsümdə Ruis bütün turnirlər üzrə 21 oyunda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransa çempionatında 17 turdan sonra PSJ 39 xalla ikinci pillədə qərarlaşıb. Paris klubu lider “Lans”dan cəmi bir xal geri qalır.