11 yanvar 2026. Bazar günü

“Arsenal” Arda Gülər üçün 80 milyon avroluq təklif hazırlayır


  • Transfer
  • 20:10 10.01.2026
  • Oxunma sayı: 67
“Arsenal” Arda Gülər üçün 80 milyon avroluq təklif hazırlayır

“Arsenal” klubu Madrid “Real”ının hücumçusu Arda Gülərin transferi üçün rəsmi təklif verməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, türkiyəli futbolçunun mümkün transferin məbləği 80 milyon avro təşkil edə bilər.

Daha əvvəl futbolçu ilə “Liverpul” və “Mançester Yunayted”in də maraqlandığı bildirilirdi. Lakin “kral klubu” 20 yaşlı hücumçunu satmaq niyyətində deyil. Madrid təmsilçisi Arda Güləri klubun uzunmüddətli layihəsinin vacib hissəsi kimi dəyərləndirir.

Cari 2025/2026 mövsümündə gənc futbolçu 27 matçda meydana çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Arda Gülər 2023-cü ilin iyul ayından etibarən “Real”ın formasını geyinir. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək qüvvədədir.

Qeyd edək ki, Transfermarkt portalı türkiyəli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro olaraq qiymətləndirir.







Transfer