- Transfer
- 23:12 10.01.2026
“Мilan”ın gənclər komandasında çıxış edən hücumçu Maksimilian İbrahimoviç karyerasını Niderlandda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu Amsterdamın “Ayaks” klubuna keçir.
İsveçli hücumçu yeni kluba satınalma hüququ ilə icarə əsasında qoşulacaq. Razılaşmaya əsasən, futbolçunun gələcək satışından əldə olunacaq məbləğin müəyyən faizi “Milan” klubuna məxsus olacaq.
2025/2026 mövsümündə Maksimilian İbrahimoviç “Milan”ın U-23 komandasında Serie D çərçivəsində 16 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Maksimilian İbrahimoviç İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviçin oğludur. Zlatan karyerası ərzində həm “Ayaks”, həm də “Milan”ın formasını geyinib.