12 yanvar 2026. Bazar ertəsi

Fernandeş “Mançester Yunayted”dən ayrıla bilər


  • Transfer
  • 17:36 11.01.2026
  • Oxunma sayı: 50
Fernandeş “Mançester Yunayted”dən ayrıla bilər

“Mançester Yunayted”in futbolçuları hesab edirlər ki, komandanın yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş klubdakı “qarışıqlıqdan” yorulub və qarşıdakı yay transfer pəncərəsində komandadan ayrılmağa hazırdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçunun komanda yoldaşları onun bu mövqeyini anlayışla qarşılayırlar. Onlar vurğulayırlar ki, Fernandeş 2020-ci ildə “qırmızı şeytanlar”a qoşulduğu gündən etibarən hər zaman maksimum səylə çıxış edib və uzun müddət komandanın ən yaxşı futbolçularından biri olub.

Bildirilir ki, Bruno Fernandeş “Mançester Yunayted”də tətbiq olunan yeni idarəetmə və sahiblik modeli səbəbindən özünü aldadılmış hiss edir. Bundan əlavə, Amorimin istefaya göndərilməsi də futbolçunun “Old Trafford”da karyerasını davam etdirmək istəyini gücləndirməyib.

Bruno Fernandeş “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 309 oyuna çıxıb, 103 qol vurub və 94 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.







Transfer