12 yanvar 2026. Bazar ertəsi

“Ferentsvaroş”u İtaliya klubuna dəyişir


  • Transfer
  • 23:35 11.01.2026
  • Oxunma sayı: 32
“Ferentsvaroş”u İtaliya klubuna dəyişir

Macarıstanın“Ferentsvaroş” klubunun dayaq yarımmüdafiəçisi Aleks Tot İtaliya “Latsio”suna keçməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər hələlik maliyyə məsələlərində razılığa gələ bilməyiblər. “Ferentsvaroş” futbolçu üçün 12 milyon avro və bonuslar tələb edir. “Latsio” isə bu məbləğdən 2 milyon avro az təklif irəli sürüb.

Əsasən mərkəz xəttində çıxış edən Aleks Tot cari mövsümdə klubunun heyətində 25 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 4 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Aleks Tot indiyədək Macarıstan milli komandasının heyətində 9 oyunda iştirak edib.







Transfer