12 fevral 2026. Cümə axşamı

“Beşiktaş”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu


  • Transfer
  • 12:00 12.01.2026
  • Oxunma sayı: 126
“Beşiktaş”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu

Türkiyənin “Beşiktaş” klubundan ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını vətənində davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,  35 yaşlı müdafiəçi Braziliyanın “Korintians” klubu ilə anlaşıb. Tərəflər arasında imzalanan müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Qabriel Paulista 2024-cü ildən etibarən “Beşiktaş”ın formasını geyinirdi.







Transfer