13 yanvar 2026. Çərşənbə axşamı

Joau Kanselu yenidən “Barselona”da?


  • Transfer
  • 22:36 12.01.2026
  • Oxunma sayı: 51
Joau Kanselu yenidən “Barselona”da?

“Barselona” Joau Kanselunun komandaya qayıdışını açıqlamağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, 31 yaşlı müdafiəçinin tibbi müayinədən uğurla keçdiyini açıqlayıb.

 “Blauqrana” portuqaliyalınə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan mövsümün sonuna qədər icarəyə götürəcək.

Qeyd edək ki, Joau Kanselu 2023/2024 mövsümündə də icarə əsasında “Barselona”da çıxış edib. Həmin vaxt kataloniyalılar futbolçunu “Mançester Siti”dən transfer etmişdi.

Kanselu “Barselona” forması ilə 42 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Barselona” növbəti oyununu yanvarın 15-də səfərdə “Rasinq”ə qarşı keçirəcək. Görüş İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.







Transfer