- Transfer
- 23:07 13.01.2026
Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Konor Qallaher karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu yaxın zamanda “Tottenhem”lə müqavilə imzalaya bilər.
London klubunun baş məşqçisi Tomas Frank bütün çətinliklərə baxmayaraq futbolçunu komandaya cəlb etmək üçün Qallaherlə şəxsən telefon danışığı aparıb.
Gözləntilərə əsasən, yarımmüdafiəçi yaxın günlərdə London klubuna keçəcək. Halbuki futbolçunun “Aston Villa”ya transfer variantı da mövcud idi.
Bildirilir ki, mümkün keçidin məbləği təxminən 40 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 25 yaşlı Konor Qallaher cari mövsümdə bütün turnirlər daxil olmaqla 27 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.