14 yanvar 2026. Çərşənbə

"Milan" “Bavariya”nın oyunçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:21 13.01.2026
  • Oxunma sayı: 49
"Milan" “Bavariya”nın oyunçusunu transfer etmək istəyir

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzka karyerasını İtaliya çempionatında davam etdirə bilər.

 90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 30 yaşlı futbolçunun xidmətində “Milan” maraqlıdır.“Rossoneri”lər artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

İtaliya təmsilçisi qış transfer pəncərəsində alman futbolçunun keçidini reallaşdıra bilməsə yayda Qoretzkanı sərbəst agent statusu alacağı zaman reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Qoretzka 2018-ci ildən Münhen klubunda çıxış edir. Onun aktivində “Bavariya” forması ilə 288 oyun, 47 qol və 48 məhsuldar ötürmə var. Futbolçunun mövcud müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir.

Əvvəlki xəbərlərdə bildirilirdi ki, oyunçu ilə klub yeni müqavilə şərtləri üzrə razılığa gələ bilməyib.







Transfer