- Transfer
- 23:07 13.01.2026
“Barselona” klubu “Mançester Yunayted”dən icarəyə götürülmüş hücumçu Markus Reşfordun çıxışından məmnundur.
90deqiqe.Az-ın məlumata görə, Kataloniya təmsilçisi futbolçunun transfer hüquqlarını tam şəkildə almağa hazırdır.
Lakin “Barselona” bu keçidi yalnız transfer məbləğinin 30 milyon avrodan aşağı olması şərti ilə reallaşdırmaq niyyətindədir. Məlumata görə, “Mançester Yunayted” Reşfordun satışından məhz bu məbləği əldə etməyi planlaşdırır.
Bildirilir ki, Markus Reşfordun özü də karyerasını “Barselona”da davam etdirməkdə maraqlıdır. İngiltərəli hücumçu La Liqada “Barselona”nın heyətində 18 oyunda meydana çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasında isə o, 6 matçda 4 qol və 3 assistlə yadda qalıb.
Qeyd edək ki, tərəflər arasında danışıqların yay transfer pəncərəsində intensivləşəcəyi istisna edilmir.