- Transfer
- 21:58 14.01.2026
“Tottenhem”in idman direktoru Fabio Paratiçinin “Fiorentina”ya keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı funksioner fevralın 4-dən etibarən “Fiorentina”nın idman direktoru vəzifəsini icra edəcək. Fabio Paratiçi bundan əvvəl A Seriyasında “Yuventus”un idman direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Florensiya təmsilçisi cari mövsümdə uğursuz çıxış edir. Komanda hazırda turnir cədvəlinin 18-ci pilləsində yer alır və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzədir. “Fiorentina” yanvarın 18-də növbəti tur çərçivəsində “Bolonya” ilə qarşılaşacaq.