- Transfer
- 23:54 14.01.2026
Madrid “Atletiko”sunda çıxış edən Konor Qallaher karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, “Tottenhem” 25 yaşlı yarımmüdafiəçinin keçidini rəsmiləşdirib. London klubu futbolçu ilə uzunmüddətli müqavilə bağlayıb. Müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara əsasən, “Tottenhem” bu keçid üçün “Atletiko”ya təqribən 40 milyon avro ödəyib.
“Çelsi” akademiyasının yetirməsi olan Konor Qallaher İngiltərədə daha əvvəl icarə əsasında “Çarlton”, “Suonsi”, “Vest Bromviç” və “Kristal Pelas”da çıxış edib.
Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqada 14-cü yerdə qərarlaşıb. Komanda yanvarın 17-də növbəti tur çərçivəsində “Vest Hem”lə qarşılaşacaq.