- Transfer
- 23:34 14.01.2026
İngiltərənin “Everton” klubu “Fənərbağça”nın hücumçusu Yusif En-Nesiri üçün rəsmi təklif göndərib.
90deqiqe.Az-ın məlumatına görə, mersisayd təmsilçisi mərakeşli futbolçunu 20 milyon avro məbləğində satınalma hüququ ilə icarəyə götürmək istəyir. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, 28 yaşlı Yusif En-Nesiri 2024-cü ilin yayından etibarən “Fənərbağça”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlər üzrə 25 oyunda 8 qola imza atıb. “Transfermarkt” portalı hücumçunun transfer dəyərini hazırda 22 milyon avro olaraq qiymətləndirir.
“Everton” Premyer Liqanın cari mövsümündə 29 xalla 12-ci pillədə qərarlaşıb. Komandanın baş məşqçisi Devid Moyesdir. “Fənərbağça” isə son illərdə olduğu kimi, Türkiyə çempionluğu uğrunda “Qalatasaray”la mübarizəni davam etdirir.