14 yanvar 2026. Çərşənbə

Nagelsmann “Mançester Yunayted”də işləməyə maraq göstərir


  • Transfer
  • 21:58 14.01.2026
  • Oxunma sayı: 44
Nagelsmann “Mançester Yunayted”də işləməyə maraq göstərir

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann “Mançester Yunayted”də işləmək ehtimalını istisna etmir.

90deqiqe.Az-ın məlumatına görə, alman mütəxəssis gələcəkdə klublarla işləməyə qayıdacağı halda “Mançester Yunayted”dən gələcək təklifi dəyərləndirə bilər. Hazırda isə o, bütün diqqətini Almaniya millisinin hazırlığına yönəldib və komandanı 2026-cı il dünya çempionatına hazırlayır.

Nagelsmann “qırmızı şeytanlar”ın baş məşqçi vəzifəsini gələcək üçün maraqlı variant kimi qiymətləndirir.

Xatırladaq ki, Yulian Nagelsmann 2023-cü ildə Almaniya millisinin baş məşqçisi təyin olunub. Alman mütəxəssis 2025-ci ilin yanvarında milli komanda ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb.







Transfer