- Transfer
- 18:38 24.11.2024
Breşiya'nın hücumçusu Mario Balotelli bildirib ki, yenidən İtaliya millisində oynamaq istəyir.
Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, 29 yaşlı futbolçu deyib ki, axır 6 aydakı məşqi son 10 ildəki hazırlığından daha yaxşı olub: “Mən hələ oyunlara tam köklənməmişəm. İki yoxlama oyununda iştirak etmişəm. Amma əla formadayam. Son dəfə mənim belə çəkim “Mançester Siti”də çıxış edən də olmuşdu”.
İtaliyalı hücumçu bildirib ki, onun hədəfi milliyə dəvət alıb “Avro-2020”də iştirak etməkdir.