15 yanvar 2026. Cümə axşamı

İvan Perişiç yenidən “İnter”ə qayıda bilər


  • Transfer
  • 23:54 14.01.2026
  • Oxunma sayı: 42
İvan Perişiç yenidən “İnter”ə qayıda bilər

PSV-nin yarımmüdafiəçisi İvan Perişiç yenidən “İnter”ə qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, Milan klubu 36 yaşlı futbolçunun agentləri ilə əlaqə saxlayaraq onun “İnter”ə dönüşə maraqlı olub-olmadığını öyrənib. Lakin PSV mövsümün gedişində xorvatiyalı yarımmüdafiəçini buraxmaq niyyətində deyil.

Bildirilir ki, Perişiç “İnter”ə qayıtmağa müsbət yanaşır, amma klublar arasında danışıqların kifayət qədər çətin keçəcəyi gözlənilir.

Qeyd edək ki, İvan Perişiç 2015–2022-ci illərdə “İnter”in formasını geyinib. O, 2024-cü ildə PSV-yə azad agent kimi keçib. Futbolçunun Niderland klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinədək qüvvədədir. Cari mövsümdə Perişiç 23 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə edib.







Transfer