15 yanvar 2026. Cümə axşamı

"Atletiko Madrid" "Vulverhempton"un yarımmüdafiəçisini hədəfə alıb


  • Transfer
  • 23:56 14.01.2026
  • Oxunma sayı: 40
"Atletiko Madrid" "Vulverhempton"un yarımmüdafiəçisini hədəfə alıb

“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes “Atletiko Madrid”in maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu braziliyalı futbolçunun transferini artıq yanvar ayında rəsmiləşdirmək niyyətindədir və “canavarlar” yaxın zamanda rəsmi təklif almağa hazırlaşır.

Məlumata görə, “Vulverhempton” rəhbərliyi Joao Qomesin klubun Premyer Liqanı tərk edəcəyi halda ayrılacağını anlayır. Bununla belə, sərfəli təklif daxil olmadığı təqdirdə futbolçunu mövsümün sonunadək heyətdə saxlamaq variantına da sakit yanaşılır.

Cari mövsümdə Joao Qomes “Vulverhempton”da peşəkarlığı ilə seçilib. O, başqa kluba keçid üçün təzyiq göstərən oyunçular sırasına daxil deyil. İngiltərə klubu yarımmüdafiəçini 46 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Joao Qomes 2023-cü ildə “Flamenqo”dan “Vulverhempton”a 18 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer