- Transfer
- 22:57 15.01.2026
Yurgen Klopp “Red Bull” futbol sistemindəki işindən razıdır, lakin alman mütəxəssis yalnız iki variant üçün yenidən məşqçiliyə qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, Klopp Madrid “Real”ını və ya Almaniya yığmasını çalışdırmağa açıqdır.
Əgər “Real” yay transfer dövrü üçün rəsmi və konkret təklif göndərərsə, Klopp bu seçimi ciddi şəkildə dəyərləndirəcək.
Xatırladaq ki, Yurgen Klopp 2015–2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub.
Qeyd edək ki, Madrid “Real”ı bazar ertəsi Xabi Alonso ilə yollarını ayırıb və komandanın yeni baş məşqçisi Alvaro Arbeloa olub. Arbeloanın rəhbərliyi altında ilk oyunda “Real” “Albasete”yə 2:3 hesabı ilə uduzaraq Kral Kuboku ilə vidalaşıb.