15 yanvar 2026. Cümə axşamı

“Vest Hem” Paket­a ilə bağlı vacib şərti açıqladı


  • Transfer
  • 19:33 15.01.2026
  • Oxunma sayı: 62
“Vest Hem” Paket­a ilə bağlı vacib şərti açıqladı

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paket­a karyerasını vətənində davam etdirməyə yaxındır.

 90deqiqe.Az-ın "The Telegraph"ə istinadən məlumatına görə, braziliyalı futbolçunun xidmətində “Flamenqo” maraqlıdır. 

Braziliya klubu Paket­a üçün təklifini 40 milyon avroya qədər artırmağa hazırdır. Bu məbləğ London təmsilçisini transferə razı salan amil ola bilər.

Bununla belə, “Vest Hem”in irəli sürdüyü vacib şərt var. Klub transfer baş tutacağı halda, Paket­anın mövsümün sonunadək komandada qalmasını – icarə əsasında – tələb edir. “Çəkicdöyənlər” daha əvvəl futbolçu ilə yay transferinə icazə veriləcəyi barədə razılıq əldə etmişdi.

Qeyd edək ki, Lukas Paket­a “Vest Hem”in heyətində keçirdiyi 139 oyunda 23 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer