15 yanvar 2026. Cümə axşamı

“Messi istəsə, ömürlük müqavilə təklif edə bilərik”


  • Transfer
  • 19:51 15.01.2026
  • Oxunma sayı: 61
“Messi istəsə, ömürlük müqavilə təklif edə bilərik”

Səudiyyə Ərəbistanının Pro-Liqası klublarından “Əl-İttihad”ın sahibi və prezidenti Ənmar Əl-Xayli "İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "TyC Sports" funksionerin dediklərini belə çatdırıb.

"Mən onunla daha əvvəl, PSJ ilə müqaviləsi bitəndə əlaqə saxladım. Ona ildə 1,4 milyard avro təklif etdim, amma o, ailəsi ABŞ-ı üstün tutduğu üçün imtina etdi. Mən buna hörmətlə yanaşıram və Əl-İttihad onun qayıtmasını həmişə alqışlayacaq; o, istədiyi vaxt gələ bilər.

Əgər Leo müqavilə imzalamağa razı olsa, mən ona istədiyi qədər, hətta ömürlük qazanmasına imkan verən müqavilə təklif edəcəyəm. Messinin Səudiyyə Ərəbistanında bizim formanı geyinməsi mənim üçün maddi cəhətdən heç bir məna kəsb etmir. Mən Messini istəyirəm, çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olacağam"







Transfer