15 yanvar 2026. Cümə axşamı

Fakundo Buonanotte mövsümün ikinci yarısını “Lids”də keçirəcək


  • Transfer
  • 21:13 15.01.2026
  • Oxunma sayı: 40
Fakundo Buonanotte mövsümün ikinci yarısını “Lids”də keçirəcək

“Brayton”un hücum yarımmüdafiəçisi Fakundo Buonanotte karyerasını “Lids”də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, “Lids” futbolçu ilə şifahi razılıq əldə edib. “Brayton” Buonanottenin “Çelsi”dəki icarəsini dayandıracaq və ardından oyunçu “Lids”ə qoşulacaq. Onun icarə müqaviləsi mövsümün sonuna qədər etibarlı olacaq.

21 yaşlı argentinalı futbolçu ölkəsinin yığmasında 2 oyun keçirib. Cari mövsümdə o, 8 oyuna çıxıb, orta hesabla hər matçda 64 dəqiqə meydanda olub. Bu müddət ərzində Buonanotte 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.







Transfer