16 yanvar 2026. Cümə

Simeone “Atletiko” ilə müqaviləsini uzatdı


  • Transfer
  • 21:35 15.01.2026
  • Oxunma sayı: 60
Simeone “Atletiko” ilə müqaviləsini uzatdı

Madrid “Atletiko”su hücumçusu Culiano Simeone ilə yeni müqavilə bağlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçunun yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub, onun müqavilə pozuntusu üçün müəyyən edilmiş məbləğ isə 500 milyon avrodur.

Culiano Simeone “Atletiko” sistemində 2019-cu ildən yer alır. Cari mövsümdə La Liqada o, 18 oyuna çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Hücumçunun Çempionlar Liqasının qrup mərhələsində 6 oyunu və 1 qolü var.

Transfermarkt portalının məlumatına görə, Simeonenin bazar dəyəri 40 milyon avrodur.







Transfer