- Transfer
- 22:57 15.01.2026
“Barselona”da icarə əsasında çıxış edən müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan hücumçu Markus Reşford gələcəyi ilə bağlı qərarını verib.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, ingiltərəli futbolçu Kataloniya klubunda qalmaq istəyir. Bu mövqe “Mançester Yunayted”in transfer planlarına ciddi təsir göstərib.
“Qırmızı şeytanlar” Reşfordu PSJ-nin futbolçusu Bredli Barkola ilə bağlı mümkün razılaşmaya daxil etməyi planlaşdırırdı.
Xatırladaq ki, daha əvvəl “Barselona”nın 28 yaşlı hücumçunu transfer etmək istədiyi, lakin icarə müqaviləsində göstərilən 30 milyon avroluq məbləği yüksək hesab etdiyi bildirilmişdi. Kataloniyalılar qiymətin endiriləcəyinə ümid edir.