- Transfer
- 23:53 16.01.2026
“Mançester Siti” klubu “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qehi üçün transfer məbləğini müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı futbolçunun transferi üçün 30 milyon avro sabit məbləğ ödəyəcək. Bundan əlavə, müqavilədə 3,4 milyon avro həcmində bonuslar da nəzərdə tutulub.
Mark Qehi bonuslar da daxil olmaqla illik 18 milyon avro maaş alacaq. Futbolçunun tibbi müayinədən keçməsi və müqavilənin imzalanmasının yaxın iki-dörd gün ərzində tamamlanacağı gözlənilir.
Qeyd edək ki, Qehi cari mövsümdə bütün turnirlərdə 33 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Kristal Pэlas”la mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 55 milyon avro təşkil edir.