- Transfer
- 23:53 16.01.2026
“Kristal Pelas”ın futbolçusu Jan-Filipp Mateta karyerasını “Yuventus”da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 28 yaşlı hücumçu hazırda “qoca sinyora”nın siyahısında ilk sırada yer alır. Turin klubu danışıqları davam etdirir və əsasən fransalının ətrafı ilə təmasları intensivləşdirib.
Transferin baş tutması asan olmayacaq. Çünki London klubu Matetanın keçidi üçün 40 milyon avro tələb edir.
“Yuventus” rəhbərliyi hücumçunu artıq qış transfer pəncərəsində heyətə qatmağın məqsədəuyğun olub-olmadığını, yoxsa bu məsələnin yayadək təxirə salınmasının daha düzgün variant olduğunu dəyərləndirir.