17 yanvar 2026. Şənbə

“Çelsi” və “Mançester Yunayted” “Roma”nın qapıçısını istəyir


  • Transfer
  • 23:27 16.01.2026
  • Oxunma sayı: 36
“Çelsi” və “Mançester Yunayted” “Roma”nın qapıçısını istəyir

  İtaliyanın “Roma” klubunda çıxış edən qapıçı Mile Svilar karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumata görə, 26 yaşlı qolkiperin xidmətində “Çelsi” və “Mançester Yunayted” klubları maraqlıdır. Sözügedən klublar artıq oyunçunun agenti ilə danışıqlara başlayıb.

Roma təmsilçisi serbiyalı qolkiper üçün 60 milyon avro tələb edir.

Futbolçunun yüksək transfer dəyərinə görə Premyer Liqa klublarının Sviları yanvar ayında heyətinə qatması real görünmür. Bununla belə, yay transfer pəncərəsində bu keçidin reallaşması ehtimal olunur.

Qeyd edək ki, Mile Svilar 2022-ci ilin yayından “Roma”nın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 112 oyunda iştirak edib və 41 görüşdə qapısını toxunulmaz saxlayıb. Qapıçının klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.







Transfer