- Transfer
- 23:53 16.01.2026
“Barselona” mövsümün sonunda Markus Reşfordu heyətində saxlamaq niyyətindədir.
90deqiqe.Az-ın "Barca Universal"a istinadən məlumata görə, “Barselona” rəhbərliyi artıq 28 yaşlı hücumçunun komandada qalması üçün müxtəlif variantlar üzərində işləyir. Əsas ssenarilərdən biri icarə müqaviləsinin daha bir il müddətinə uzadılması və bunun üçün cüzi əlavə ödəniş edilməsidir.
Bundan başqa, katalon klubu futbolçunun transfer hüquqlarını əvvəlcədən razılaşdırılmış 30 milyon avro əvəzinə 20–25 milyon avroya almağı da nəzərdən keçirir. Digər variant isə kompensasiyanın məbləğini azaltmaq üçün sövdələşməyə başqa futbolçuların daxil edilməsidir.
Qeyd edək ki, ingiltərəli futbolçu hazırda “Mançester Yunayted”dən cari ilin iyun ayının sonunadək icarə əsasında Kataloniya klubunda çıxış edir.Markus Reşford “Barselona” forması ilə bütün turnirlərdə keçirdiyi 28 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.