- Transfer
- 15:44 17.01.2026
Fransanın “Marsel” klubunun hücumçusu Meyson Qrinvudun karyerasını yenidən İspaniya La Liqasında davam etdirməsi ehtimal olunur.
90deqiqe.Az-ın "Topskills Sports"a istinadən məlumata görə, Madrid “Atletiko”su futbolçunun transferi ilə bağlı “Marsel”lə əlaqə saxlayaraq yay transfer pəncərəsində Qrinvudu heyətinə qatmaq niyyətində olduğunu bildirib. Bununla belə, qeyd olunur ki, 24 yaşlı hücumçu ona göstərilən marağa baxmayaraq, “Marsel”dən ayrılmağa tələsmir.
Mənbənin iddiasına əsasən, Qrinvudun transferi “Atletiko”ya 100 milyon avroya başa gələ bilər. 2025/26 mövsümündə futbolçu bütün turnirlərdə 25 oyuna çıxıb, 19 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Meyson Qrinvudun “Marsel”lə mövcud əmək müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.