- Transfer
- 15:44 17.01.2026
Almaniyanın “Bavariya” klubu ölkə çempionatında çıxış edən iki futbolçunun transferində maraqlıdır.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumata görə, Almaniya çempionu “Köln” klubunun vingeri Səid Əl-Mala və “Leypsiq”in hücumameyilli yarımmüdafiəçisi Yan Diomandeni heyətinə qatmaq niyyətindədir. Münhen klubu hər iki futbolçunun agenti ilə artıq danışıqlara başlayıb.
Qeyd olunur ki, Diomandenin xidmətində İngiltərənin “Mançester Yunayted” klubu da maraqlıdır.
Cari mövsüm Bundesliqada Səid Əl-Mala 17 oyunda meydana çıxaraq 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Yan Diomande isə çempionat çərçivəsində 15 görüşdə iştirak edib, 6 qola imza atıb və 2 assistlə yadda qalıb.