- Transfer
- 15:44 17.01.2026
“Barselona” klubunun hücumameyilli yarımmüdafiəçisi Dro Fernandes karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisi 18 yaşlı futbolçunun transferi ilə bağlı “Barselona” ilə razılıq əldə edib. Bildirilir ki, gənc futbolçu PSJ-yə qoşulmaqda və komandanın baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında çıxış etməkdə israrlıdır.
Mənbənin məlumatına əsasən, transferin məbləği 6 milyon avro təşkil edəcək. Dro Fernandes “Barselona”nın əsas komandasında cəmi 5 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Transfermarkt portalının məlumatına görə, ispan yarımmüdafiəçinin bazar dəyəri 10 milyon avrodur.