17 yanvar 2026. Şənbə

“Tottenhem” “Vest Hem”in hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 15:35 17.01.2026
  • Oxunma sayı: 36
“Tottenhem” “Vest Hem”in hücumçusunu transfer etmək istəyir

İngiltərənin “Vest Hem” komandasının hücumçusu Cerrod Boue karyerasını “Tottenhem” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Indykaila News"a istinadən məlumata görə, London klubu 29 yaşlı futbolçunu transfer siyahısına daxil edib.

“Şporlar” cari mövsümün sonunda “Vest Hem”dən ayrılmağı planlaşdıran ingilis futbolçunu heyətinə qatmaqda maraqlıdır.Bildirilir ki, “Tottenhem” rəhbərliyi artıq “çəkicdöyənlər”lə əlaqə saxlayaraq futbolçunun gələcək planları barədə məlumatlandırılmalarını xahiş edib.

2025/26 mövsümündə hücumçu bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının Cerrod Bouenin bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







Transfer