- Transfer
- 15:44 17.01.2026
“Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı komandanın ofisinə bir sıra sorğular daxil olub.
90deqiqe.Az-ın "Sun Sport"a istinadən məlumata görə, “qırmızı şeytanlar” yanvar ayında 32 yaşlı futbolçunun satışı ilə bağlı bir neçə təklifi rədd edib. Bildirilir ki, Maquayrla yolların ayrılmasına komandanın yeni baş məşqçisi Maykl Karrik qarşı çıxıb.
Qeyd edək ki, Harri Maquayrın Mançester təmsilçisi ilə mövcud əmək müqaviləsinin müddəti qarşıdan gələn yay başa çatır. Cari mövsüm İngiltərə Premyer Liqasında müdafiəçi 8 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.