17 yanvar 2026. Şənbə

"Yuventus" “Fənərbağça”nın hücumçusu üçün təklif göndərdi


  • Transfer
  • 19:26 17.01.2026
  • Oxunma sayı: 39
"Yuventus" “Fənərbağça”nın hücumçusu üçün təklif göndərdi

Türkiyənin “Fənərbağça” komandasının hücumçusu Yusif En-Nesiri karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Turim təmsilçisi mərakeşli forvadın transferini planlaşdırır.Tərəflər mövsümün sonunadək icarə və sonradan satınalma opsiyası olan müqavilə variantını nəzərdən keçirirlər.

“Sarı-lacivərdlər” 28 yaşlı hücumçu üçün 20 milyon avro transfer dəyəri müəyyənləşdirib.

En-Nesiri cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə 25 oyunda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Son dövrlərdə futbolçu ilə “Napoli”, “Nottingem Forest” və “Everton” da daxil olmaqla bir sıra klubların maraqlandığı bildirilir.







Transfer