- Transfer
- 19:56 17.01.2026
Fransanın “Renn” komandasının hücumçusu Kader Meyte karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu 18 yaşlı futbolçunu transfer etmək üçün rəsmi təklif göndərib.
“Renn” Səudiyyə təmsilçisindən 40 milyon avroluq təklif alıb. Kader Meyte hazırda qərarsızdır. Gənc hücumçu bu keçidin karyerası baxımından nə dərəcədə faydalı olacağına əmin deyil.
Eyni zamanda, İngiltərənin “Çelsi” klubu “Renn”in mərkəz müdafiəçisi Jeremi Jakeni heyətinə qatmaq üçün 50 milyon avro dəyərində olduqca sərfəli təklif hazırlayır.
Fransanın gənclər millisində çıxış təcrübəsi olan futbolçu cari mövsümdə 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.