- Transfer
- 14:03 18.01.2026
“Barselona”nın mərkəz müdafiəçisi Andres Kuenkanın karyerasını İtaliyada davam etdirməyə yaxın olduğu bildirilir.
90deqiqe.Az-ın məlumatına görə, hazırda katalon klubunun ikinci komandasında çıxış edən 18 yaşlı futbolçu “Komo”ya keçməyə razılıq verib. “Mavi-qranatlar” transfer müqaviləsinə prioritet geri satınalma hüququ maddəsinin daxil edilməsini planlaşdırır.
Qeyd edək ki, “Komo” klubu daha əvvəl Madridin “Real”ından Nikolas Pas və Hakobo Ramonla bağlı oxşar transfer modelini uğurla tətbiq edib.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Andres Kuencanın bazar dəyəri 500 min avro təşkil edir. Perspektivli ispaniyalı müdafiəçi “Barselona”nın əsas komandasında indiyədək cəmi bir oyun keçirib — o, ötən mövsüm Çempionlar Liqasında “Yanq Boyz”a qarşı matçda forma geyinib.