18 yanvar 2026. Bazar günü

“Çelsi” onun transferində israrlıdır


  • Transfer
  • 12:40 18.01.2026
  • Oxunma sayı: 34
“Çelsi” onun transferində israrlıdır

Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jakenin qış transfer pəncərəsində “Çelsi” klubuna keçə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, London təmsilçisi 20 yaşlı futbolçunu artıq bu ay heyətinə qatmaq niyyətindədir. Lakin “qırmızı-qaralar” yüksələn ulduzla yollarını ayırmağa meyilli deyil. 

 “Renn” fransalı müdafiəçi üçün 60 milyon avrodan çox məbləğ tələb edir. “Mavilər”in bu şərtlərlə razılaşıb-razılaşmayacağı hələlik məlum deyil.

Futbolçunun xidmətində “Bavariya”, Madridin “Real” klubu və digər Avropanın aparıcı komandaları da maraqlıdır.

Nüfuzlu Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Jeremi Jakenin bazar dəyəri 20 milyon avro təşkil edir.







Transfer