18 yanvar 2026. Bazar günü

Vinisiusun “Real”dakı gələcəyi sual altındadır


  • Transfer
  • 14:03 18.01.2026
  • Oxunma sayı: 22
Vinisiusun “Real”dakı gələcəyi sual altındadır

Madridin “Real” klubunda Vinisius Juniorun gələcəyi hələ də sual altındadır.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumata görə, Klub rəhbərliyi braziliyalı futbolçuya dəstək nümayiş etdirsə də, baş məşqçi Alvaro Arbeloa da hücum xəttində Vinisiusa güvənir. Bununla belə, ulduz forvardın komandadan ayrılması ehtimalı hələ də yüksək olaraq qalır.

“Real” rəhbərliyi əvvəlki kimi futbolçunun maaş tələblərini həddindən artıq yüksək hesab edir.

Bundan əlavə, futbolçunun klub azarkeşləri ilə münasibətlərinin pisləşməsi də diqqət çəkir. Bildirilir ki, Vinisiusun davranışı fanatların narazılığına səbəb olub və bu münasibətlərin əvvəlki səviyyəyə qayıtması artıq çətin görünür.

Xatırladaq ki, daha əvvəl bir sıra mənbələr Vinisius Juniorun gələn yay satıla biləcəyini iddia etmişdi. Transfermarkt portalının 150 milyon avro dəyərində qiymətləndirdiyi hücumçuya həm Avropanın aparıcı klubları, həm də Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri maraq göstərir.







Transfer