- Transfer
- 01:14 20.01.2026
“Arsenal” klubunun Madrid “Real”ının yarımmüdafiəçisi Arda Güləri qış transfer pəncərəsində heyətinə qatması az ehtimal olunur.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, “topçular” türk futbolçuya marağını qorusa da, yarımmüdafiəçinin transferi ilə bağlı ciddi addımların yay transfer dönəmində atılması planlaşdırılır.
Bununla belə, gözlənilməz bir vəziyyət yaranacağı təqdirdə, “Arsenal”ın yanvar ayında da danışıqlara başlaya biləcəyi istisna edilmir.
Eyni zamanda, Türkiyə mətbuatı Arda Gülərin yaxın vaxtlarda “Real”dan ayrılmaq niyyətində olmadığını yazır.
Qeyd edək ki, cari mövsümdə 20 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 30 oyuna çıxıb, 3 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.