20 yanvar 2026. Çərşənbə axşamı

Mark Qehi “Mançester Siti” ilə müqavilə imzaladı


  • Transfer
  • 19:45 19.01.2026
  • Oxunma sayı: 81
Mark Qehi “Mançester Siti” ilə müqavilə imzaladı

İngiltərəli mərkəz müdafiəçisi Mark Qehi “Mançester Siti” ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Beləliklə, futbolçunun “Kristal Pelas”dan transferi rəsmiləşib.

“Şəhərlilər” İngiltərə millisinin 25 yaşlı üzvü üçün London təmsilçisinə 23 milyon avro ödəyib. Qehi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlanıb.

Qeyd edək ki, ötən yay müdafiəçi 40 milyon avro qarşılığında “Liverpul”a keçməyə çox yaxın olsa da, transfer son anda baş tutmamışdı.

Mark Qehi “Çelsi”nin yetirməsidir. O, 2021-ci ilin yayında 23 milyon avro qarşılığında “Kristal Pelas”a transfer olunmuşdu. Futbolçunun London klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 55 milyon avro təşkil edir.

Cari mövsümdə Qehi “Kristal Pelas”ın heyətində 33 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer