20 yanvar 2026. Çərşənbə axşamı

"Fiorentina" Premyer Liqadan bir hücumçunu icarəyə götürüb


  • Transfer
  • 19:55 19.01.2026
  • Oxunma sayı: 69
"Fiorentina" Premyer Liqadan bir hücumçunu icarəyə götürüb

İngiltərə “Lids”inin cinah hücumçusu Cek Harrison karyerasını İtaliyada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, futbolçu icarə əsasında “Fiorentina”ya keçib. Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub və satınalma opsiyasını əhatə edir. Britaniya mətbuatının məlumatına görə, Harrisonun transfer hüququ “Fiorentina”ya 7 milyon avroya başa gələcək.

Cari mövsümdə 29 yaşlı ingiltərəli futbolçu bütün turnirlərdə 13 oyuna çıxıb, lakin məhsuldar hərəkət göstərə bilməyib. “Transfermarkt” portalı Harrisonun bazar dəyərini 10 milyon avro qiymətləndirir.







Transfer