- Transfer
- 01:14 20.01.2026
ABŞ millisinin və Niderlandın PSV klubunun hücumçusu Rikardo Pepi İngiltərə çempionatında çıxış edə bilər.
90deqiqe.Az xəbər verir ki, Niderland təmsilçisi “Fulhem”in 30 milyon avroluq təklifini rədd etsə də, London klubu Pepini transfer etmək üçün marağını davam etdirir.
İngiltərənin digər bir neçə klubu da forvardı almaq istəyir və həm yüksək qiymət, həm də əlindəki zədə onları qorxutmur.
Cari mövsümdə 23 yaşlı Pepi klub səviyyəsində 22 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.