- Transfer
- 00:10 21.01.2026
“Barselona” klubu gənc yarımmüdafiəçi Dro Fernandesin 6 milyon avro qarşılığında müqaviləni pozaraq komandadan ayrılmasına müsbət yanaşmır.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, Kataloniya təmsilçisi futbolçunun transferindən azı 10 milyon avro qazanmaq niyyətindədir və onun azad agent statusunda klubu tərk etməsinə imkan vermək istəmir.
Mənbənin yazdığına görə, 18 yaşlı futbolçunun PSJ-yə keçidi demək olar ki, dəqiqləşib. “Barselona” rəhbərliyi bu keçidi Usman Dembelenin transferində olduğu kimi rəsmi satış formasında reallaşdırmaq istəyir.
Xatırladaq ki, Paris klubu həmin vaxt Dembele üçün 50,4 milyon avro ödəməli olmuşdu.
Cari mövsümdə Dro Fernandes 5 oyunda 148 dəqiqə meydanda olub. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.