- Transfer
- 00:10 21.01.2026
“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “İnter” klubu 30 yaşlı futbolçunu hüquqlarını birdəfəlik almaqda maraqlıdır. İcarə müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub. Həmin müddətdən sonra “İnter” İsveçrə millisinin üzvünü “Mançester Siti”dən birdəfəlik transfer etmək hüququna malik olmaq üçün danışıqlara başlayacaq.
Futbolçunun potensial transferin məbləği 15 milyon avro olaraq qiymətləndirilir. Milan təmsilçisinin rəhbərliyi Akanjinin tamhüquqlu transferi ilə bağlı qərarında qətiyyətlidir. Hazırda futbolçu “İnter”də icarə əsasında çıxış edir.
Qeyd edək ki, Manuel Akanji 2025-ci ilin sentyabrında “İnter”ə keçib. O, bu müddət ərzində bütün turnirlərdə 25 oyunda meydana çıxsa da, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.